Şuşaya qar yağır, yollar təmizlənir

ÖLKƏ
11:03 / 01.04.2023
294
Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir. Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır. Belə ki, küçə və prospektlərdə yollar texnika vasitəsilə qardan təmizlənir. Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur. Avtomobillərin hərəkəti normal şəkildə davam edir.
0