1 milyon manat verib azadlığa çıxan iş adamı yenidən tutuldu (DETALLAR)

ÖLKƏ
12:12 / 04.04.2023
395
"Avro Qrand” şirkətinin sahibi olduğu deyilən tikinti maqnatı Xanlar Cəfərov həbs edilib. Qaynarinfo-nun məlumatına görə, ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İş baxılması üçün Ağır Cinayətlər Məhəməsinə göndərilib. Onun əməllərindən 12 nəfər (aralarında dövlət qurumlarının əməkdaşları da var) zərərçəkmiş qismində tanınır. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Xanlar Cəfərovun sahibi olduğu "Avro Qrand” şirkətinin hazırda 1,4 milyon manatdan çox vergi borcu var.
0