Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması layihəsini ilk oxunuşda təsdiqləyib

ÖLKƏ
14:09 / 04.04.2023
473

Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini ilk oxunuşda təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

0