İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb

13:50 / 05.04.2023
483

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb.

Yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb

0