Azərbaycanda 11 sığorta agentinin lisenziyası ləğv edilib

ÖLKƏ
22:41 / 05.04.2023
755

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fiziki şəxsə və 1 hüquqi şəxsə ("Silk Rovv Travel" MMC) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar aprelin 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

0