Qubada qanunsuz kömür quyusu aşkarlanıb

ÖLKƏ
10:45 / 06.04.2023
487
Qubada qanunsuz kömür quyusu aşkar edilib DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib. Qanunsuz kömür istehsal edənin rayonun Əski-İqriq kənd sakini İsmayıl Şabanov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.
0