Generalın polis qardaşı vəfat etdi

ÖLKƏ
15:00 / 06.04.2023
794

Uzun illər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev vəfat edib.

Hit.az “qafqazinfo”ya istinadla xəbər verir ki, o, Bakı şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.  Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.

0