AQTA apteklərdə yoxlama aparıb, 69-da uyğunsuzluq aşkarlanıb - SİYAHI

ÖLKƏ
10:05 / 07.04.2023
452
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb. AQTA-dan verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib. Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
0