Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

ÖLKƏ
13:30 / 08.04.2023
609
Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub. Hit.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.
0