Bakıda bu gün saat 22:00-dan etibarən… – DİQQƏT

ÖLKƏ
12:00 / 10.04.2023
628

 

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dən bildiriblər ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

0