Xaçınçay su anbarına balıq körpələri buraxılıb

ÖLKƏ
15:32 / 11.04.2023
464

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.

Rayonda yerləşən Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Mərasimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi və Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

0