Son dörd ildə Bakıda yol-nəqliyyat hadisələrinin sayı 30 % azalıb

20:02 / 11.04.2023
528

Bakıda yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 2022-ci ildə 30 % azalıb.

Hit.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli öz feysbuk hesabında yazıb.

V.Kərimli 2016-2022-ci illərdə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının orta hesabla 6 % azaldığını qeyd edib.

Xatırladaq ki, 2015-ci illə müqayisədə 2020-ci ildə Bakı əhalisinin sayı 4 % artaraq 2,3 milyon nəfərə çatıb.

0