İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olubmuş

ÖLKƏ
10:52 / 12.04.2023
667

Azərbaycanda tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub.

HİT.az oxu24.com-a istinadən xəbər verir  ki, bu haqda  hüquqşünas Zülfiyyə Bayramova özü "Elgizlə izlə" verilişinin canlı efirində bildirib.
 
"Mənim övladlığa götürdüyüm Əmrah da 44 günlük Vətən Müharibəsində şəhid olub.O imkansız bir ailənin övladı idi.Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim.Öz övladlarımdan seçmirdim.Əsgərliyə də özüm yola saldım.Sonradan itkin dümə xəbəri gəldi.Bir neçə gündən sonra məlum oldu ki,Əmrah əhid olub",- deyə hüquqünas canlı yayımda bildirib.

0