Tanınmış meyxanaçı "bomj" həyatı yaşayır - VİDEO

ÖLKƏ
08:37 / 14.04.2023
938

Məşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Bu barədə Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: "Burada qalıram, evim-eşiyim buradır".

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib

. Bu da onun son durumunu əks etdirən görüntülər:

//qaynarinfo.az/az/taninmis-meyxanaci-bomj-heyati-yasayir-video Tanınmış meyxanaçı "bomj" həyatı yaşayır (VİDEO)
0