Bayrağımızı yandıran şəxs işdən qovulur - Paşinyan tapşırıq verdi

ÖLKƏ
12:46 / 15.04.2023
628

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan bayrağını yandırdığına görə ölkənin İctimai Televiziyasında çalışan Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.

HİT.az xəbər verir ki, bu barədə aysor.am məlumat yayıb.

Qeyd olunur ki, İTV-yə bu cür tapşırığın verilməsi barədə telekanalın əməkdaşları məlumat veriblər.

Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq.

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

0