Azərbaycandan qaçan şəxs Belarusda tutuldu

ÖLKƏ
14:45 / 15.04.2023
518

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsi tərəfindən axtarışa verilən 1984-cü il təvəllüdlü Zamik Haşımov Belarusda saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Z.Haşımov Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və israf etmə) maddəsi ilə ittiham edilib. Onun ölkədən getməsi müəyyən edildiyi üçün barəsində beynəlxalq axtarış elan edilib.

0