Bakı aeroportunda əməliyyat: 17 kilo qızıl saxlanıldı - FOTO

ÖLKƏ
17:54 / 15.04.2023
956

Türkiyədən gələn sərnişində külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib

Dövlət Gömrük Komitəsindən HİT.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0