Nazirin işdən çıxardığı generala yeni vəzifə verilibmiş - FOTO

ÖLKƏ
21:20 / 19.04.2023
1297
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının sabiq rəisi, general-mayor Pənah Süleymanov direktor müavini imiş.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general hazırda Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun direktor müavinidir. 
 
Pənah Süleymanov
 
İnstitut Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tərkibində fəaliyət göstərir. 
 
4 il əvvəl Pənah Süleymanovun nazir Kəmaləddin Heydərovun etimadını itirdiyi üçün vəzifəsindən azad olunduğu deyilirdi.
 
Kəramət Abdullayev 
 
Həmçinin bir neçə ay əvvəl vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin qardaşı da sözügedən inistitutda yüksək vəzifə daşıyır. Belə ki, Abdullayev Kəramət Həsən oğlu institutun direktor müavinidir.
 
 
0