Bakı metrosu ilə bağlı yeni qərar verildi 

ÖLKƏ
17:02 / 02.05.2020
1893

Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.

Bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib. 

Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

1
Mənbə: APA.Az