Ən yüksək bal toplayan abituriyent: “Həmişə əlaçı olmuşam”

ÖLKƏ
21:58 / 19.04.2023
683

Xəbər verdiyimiz kimi, 12 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 4 abituriyent yüksək nəticə (297.5 bal) göstərib. Onlardan biri  Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin şagirdi Cəfərzadə Taliə Cavid qızıdır.

Təəsüratlarını Modern.az-la bölüşən Taliə yüksək bal toplayacağına əminliyini ifadə edib.

"Mən rus bölməsində təhsil alıram. Müəllimlərim məni təməldən çox yaxşı hazırlaşdırıb. Müəllimlərimin sayəsində uğurlu nəticə əldə edə bildim. İmtahan elə də çətin olmadı, 9-cu sinifdə 290 bal yığmışdım. Ümumiyyətlə, həmişə əlaçı olmuşam. Belə yüksək bal toplayacağımı gözləyirdim. Rus dilində qapalı suala səhv cavab verdiyimə görə, 300 bal toplaya bilmədim", - deyə yüksək bal toplayan şagird bildirib.

T.Cəfərzadə Azərbaycan Tibb Universitetinə qəbul olmağı arzulayır: "4-cü qrupa hazırlaşıram. Arzum həkim olmaqdır. İnşallah, bu arzuma da çatam".

0