Bir səhvə görə 300 bal yığa bilmədi: “Şokdayam…”

ÖLKƏ
19:30 / 19.04.2023
1006

12 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 4 abituriyent yüksək nəticə (297.5 bal) göstərib. Onlardan biri Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin şagirdi Fidan Abışovadır.

Sevinc təəssüratlarını Modern.az-la bölüşən Fidan şokda olduğunu bildirib:

"Belə yüksək bal yığacağımı gözləmirdim. Sözün açığı, şokdayam. Həqiqətən çox hazırlaşırdım. Əziyyətim hədər getmədi, istədiyim nəticəni qazandım. Uğur qazanmağımda oxuduğum məktəb də böyük rol oynayır".

Fidan imtahanda rus dilində qapalı suala səhv cavab verdiyinə görə, 300 bal toplaya bilmədiyini söyləyib.

Yüksək bal toplayan abituriyent birinci ixtisas qrupuna hazırlaşdığını qeyd edib:

"İxtisası hələ seçməmişəm. Seçimim blok imtahanında yığacağım baldan asılı olacaq". 

0