Seymur Talıbov üzə çıxdı - FOTO

20:35 / 24.04.2023
945

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.

HİT.az TNS-ə istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.

Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşıb.

0