Tanınmış hakimin oğlu vəfat etdi 

ÖLKƏ
15:50 / 25.04.2023
1151

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib. 

Bakupost.az xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda Ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ə.Quliyev bir sıra səs-küylü məhkəmə proseslərinə sədrlik edib.

0