Mayda əfv gözlənilir - 1700 müraciətə baxılıb

ÖLKƏ
19:40 / 25.04.2023
460

27 apreldə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb. 

O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.

0