AXC generalının nəvəsi vəfat etdi - FOTO

ÖLKƏ
10:53 / 27.04.2023
1068

Azərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovun nəvəsi, general Qalib bəy Vəkilovun qızı, professor Leyla Vəkilova dünyasını dəyişib.

Bu barədə Vəkilovlar nəslinin nümayəndəsi, vəkil Səməd Vəkilov məlumat verib. O, L.Vəkilovanın dünən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Vəkilovlar nəsli bir çox generalları, xalq şairi və yazıçıları ilə məşhurdur.//qafqazinfo.az

0