700 laçınlı ailə bu yay yurdlarına qayıdacaq

ÖLKƏ
15:57 / 27.04.2023
596

“Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Nəzərdə tutulan planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaq. 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcək”. 

Bu sözləri HİT.az-a deputat Əli Məsimli səsləndirib.

“Şuşa şəhərində birinci yaşayış kompleksi inşa edilir. İkinci böyük yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası hazırlanmış planlar üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün Azərbaycan zəruri işlər kompleksini həyata keçirir”,- deyə o bildirib.

Murad Məmmədli

0