Yeni direktor təyin olundu

ÖLKƏ
15:30 / 28.04.2023
881

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına yeni direktor təyin edilib.

“Report”un məlumatına görə, bu vəzifəyə Seymur Kərimov təyinat alıb.

1978-ci il təvəllüdlü Kərimov Seymur Maarif oğlu Salyan şəhərində anadan olub. O, bundan əvvəl Şirvan Milli Parkında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Şirvan Milli Parkı Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonları ərazisində yerləşir.

0