Neftçalada bələdiyyə sədri həbsi ilə bağlı yeni detallar

ÖLKƏ
17:35 / 28.04.2023
1011

Neftçala şəhər bələdiyyəsinin sədri Rövşən Quliyevin həbsində sözügedən rayonun icra başçısı Mirhəsən Seyidovun adı hallndırılır. 

HİT.az xatırladır ki, Rövşən Quliyev cari ilin yanvar ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilir. 

Rövşən Quliyevin yaxınları keçirdiyi mətbuat konfransında onun həbsinin qanunsuz olduğunu bildirib. Bundan başqa, baş verənlərdə icra başçısının adını hallandırılıb. 

Bələdiyyə sədrinin qardaşı Əflatun Quliyev bildirib ki, qardaşının həbsi sifariş əsasında həyata keçirilib. Onun sözlərinə görə, 2022-ci ilin may ayından başlayaraq icra başçısı bələdiyyə sədrinə təzyiqlər göstərib. Lakin o, bunun səbəbini bilməyib. 

Neftçalada yayılan iddialara görə, bələdiyyə sədri ilə icra başçısı arasında konlfikt olub. Lakin bu konfliktin səbəbləri barədə konkret bilgi yoxdur. 

İddialarla bağlı Neftçala Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. 

Rövşən Quliyev 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində 61 saylı Neftçala seçki dairəsindən Neftça bələdiyyəsinə seçilib. 

Mirhəsən Seyidov 2020-ci ildən Nefçalanın icra başçısıdır.  

Anar

0