Tərtərdə mina partladı - 3 nəfər öldü

ÖLKƏ
21:05 / 28.04.2023
634

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Qaynarinfo xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

0