Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının keçmiş baş direktoru Surxay Musayev vəfat edib.
Faktmedia.az-a bu barədə yaxınları bildirib.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim", 2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülüb. 2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub.
Allah rəhmət eləsin!