“Bu faciədir, həm də bir siqnaldır” - Psixoloq

14:49 / 02.05.2023
572

“Bu bir faciə olduğu kimi, eyni zamanda bir siqnaldır”.

Bunu HİT.Az-a açıqlamasında psixoloq Elnur Rüstəmov 7 yaşlı Fəridin idman zalında ölməsi ilə bağlı videogörüntüdən danışarkən deyib. Psixoloq qeyd edib ki, baş verən hadisədən sonra valideynlər uşaqlarını idmana qoymağa tərəddüd edəcəklər:

“İdmana gedən bütün uşaqların vaideynləri narahat olacaqlar. Bu gözlənilən haldır, normal yanaşmadır. Bir şeyə diqqət çəkmək lazımdır. İdman zallarında mütləq bir psixoloq olmalıdır. İdmançılarla mütəmadi psixoloji treniqlər keçirilməlidir. Orada söhbət təkcə fiziki sağlamlıqdan getmir, eyni zamanda psixoloji sağlamlıq diqqətə alınmalıdır. Biz hamımız insanıq. Kiminsə öyrətmə fərdi başqa formada ola bilər. Bu gözlənilən haldır, amma biz idman psixologiyasını cəmiyyətə aşılamalıyıq”.

Elnur Rüstəmov idmançılarla idmana gedənlər arasında geniş maariflənmə işlərinin aparılmasının vacibliyini vurğulayıb:

“Bu gün idmana gedənlər sabah yarışlara çıxacaq. Sonra peşəkar məşqçi olur. Orada həmçinin fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıq aparmaq lazımdır. O uşadır, burada pedaqoji bacarıq tələb olunur. Böyüklərlə kiçiklər arasında fərq çoxdur. Azərbaycanda ailələr uşaqlarını nə üçün idmana aparır? Uşağı gücü olsun, sözünü deyə bilsin. Bir qism valideynlər uşaqlarında qorxaqlığı, özgüvəni aradan götürmək üçün idmana aparırlar. Uşaq özgüvənsizdir, idman müəllimi də bunu nəzərə almalıdır”.

Psixoloq hesab edir ki, baş verən hadisədən doğru nəticə çıxartmaq lazımdır.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.

Azra

 

0