28 çəpiş, 16 qoyun və 350 toyuğun pulunu yedi, həbs olundu

ÖLKƏ
20:55 / 02.05.2023
639

Bakıda 28 baş çəpiş, 16 baş qoyun və 350 ədəd toyuğu satmaq adı ilə alıb, pulunu mənimsəyən şəxs həbs edilib.

HİT.Az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikasının sakini Cavid (şərti) Rauf adlı tanışına məxsus 28 baş çəpiş, 16 baş xırda buynuzlu heyvan olan qoyun və 350 ədəd toyuğu ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fermasından apararaq satıb. 


Lakin özünə pul lazım olduğu üçün həmin heyvanların pulunu verməyib və Rauf Əzizova qarşı dələduzluq edib.

O, qısa müddətə həmin pulu ödəyəcəyinə dair söz versə də, qaytarmayıb. 

Cavid həmin heyvanları Maştağa bazarında adını xatırlamadığı şəxsə 9 min manata satıb. Həmin şəxs heyvanların əvəzində ona Ramana qəsəbəsində 0,02ha torpaq sahəsi verib. 

Məhkəmənin qərarı ilə Cavid Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Aydın

0