Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən inzibati xətaya dair tərtib olunan protokollar məhkəmə tərəfindən ləğv edilir.
HİT.az-ın məhkəmə portalında apardığı araşdırmaya görə, 100-dən tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib.
Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə qanunsuz sərnişin daşıma ilə məşğul olan şəxslər AYNA əməkdaşları tərəfindən cərimələnir. Baralərində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilir.
Məhkəmələrdə isə İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib edilmədiyinə görə iş geri qaytarılır.
Qərar isə belə göstərilir: “İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadığına, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir”.
Aydın