Əsgərlikdə gələn oğlu üçün dini yığıncaq təşkil etdi - Polis saxladı

20:31 / 03.05.2023
482

Naxçıvanda oğlu əsgərlikdən gəldiyi üçün evdə dini mərasim təşkil edən şəxs saxlanılıb.

Hit.az-ın məlumatına görə, hadisə Culfa rayonunun Bənəniyar kəndində baş verib. Saxlanılan şəxs Əhəd (şərti) izahatında bildirib ki, Bənəniyar kəndində yaşayır, sürücü işləyir, həmçinin dini ibadətlə məşğul olur.

1 aprel 2023-cü il tarixdə oğlu Əbdullah hərbi xidmətdən qayıdıb. Oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarından olan dindar dostları oğlunu görmək üçün onun evinə gəlmək istədiklərini bildiriblər. Onlarla danışmış, dostlarını iftar süfrəsinə dəvət edib.

Təxminən 14-15 nəfərə qonağı olmuşdur. İftar süfrəsində yemək yemiş, çay içmişlər. Çay içdikdən sonra Quran, əhli-beyt, mömünlərin şəfaəti və digət dini mövzularda söhbət ediblər. Yaşadığı evdə olan yığıncaq təxminən iki saat davam edib. Polis yığıncağı təşkil edən Əhəd barəsində protokol tərtib edərək, məhkəmə göndərib.

Culfa rayon Məhkəməsinin qərarı ilə Əhəd İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 manat məblğində cərimə edilib.

Aydın

0