“Biz-Bizə” restoranın qarşında polisin paqonunu qoparan sürücü həbs edildi

ÖLKƏ
21:23 / 03.05.2023
538

Nizami rayonu, Q.Qarayev prospektində, “Biz-Bizə” restoranının qarşısında içkili vəziyətdə qəza törədəndən sonra polisin paqonlarını qoparan şəxs həbs edilib.

Hit.az-ın məlumatına görə, hadisə dünən gecə saat 22:00 radələrində baş verib.

Belə ki, 1996-cı il tarixdə Bakı şəhərində anadan olan, Ağdam rayonunun Suma kəndində qeydiyyatda olan Cəfər (şərti) içkili halda idarə etdiyi “Mercedes” markalı avtomobili ilə, avtomobillə hərəkət etdiyi vaxt yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yerinə polislər gəlib.

Nizami rayon Polis İdarəsinin tədqiqatçısı Mehrac Niftəliyev sürücüdən sənədlərini tələb edib. Cəfər isə Mehrac Niftəliyevə sənədləri verməmiş, sənədlərinin qaydasında olduğunu, onları yol polisinə və sığorta işçisinə təqdim edəcəyini deyib. Daha sonra Cəfər eyni anda onun xidməti geyim formasının çiynində olan paqonlarına əl ataraq onları cırmış, mayor rütbəsini göstərən ulduzu qoparmışdır.

Bunu təsdiq edən foto şəkillər iş materiallarında vardır. Həmin vaxt ətrafda insanlar da toplanıb, lakin sürücü bunu da nəzərə almayıb. Ona görə əraziyə post-patrul xidmətinin əməkdaşları dəvət olunmuş, sürücü həmin əməkdaşların da qanuni tələblərinə tabe olmaqdan imtina etmiş, nalayiq ifadələrdən istifadəni davam etdirmişdir. Ona görə o, xidməti avtopatrul vasitəsi ilə ərazi üzrə 25-ci polis bölməsinə aparılıb təhvil verilmiş, raport yazaraq barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş ediblər.

Məhkəmənin qərarı ilə Cəfər İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Aydın

0