"Bu, olduqca lazımlı və yerində bir prosedurdur” - Təhsil eksperti

ÖLKƏ
12:25 / 04.05.2023
489

“Sertifikasiya olduqca lazımlı və yerində bir prosedurdur”.

Bunu HİT.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov 60 yaşlı müəllimlərin sertifikasiyadan azad olunmasından danışarkən deyib. 

Ekspert bildirib ki, müəllimlərin sertifikasıyası pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirir:

“Diaqnostik qiymətləndirmədən fərqli olaraq, bu, ixtisasla praktiki fəaliyyətdə hansı nailiyyətlərin əldə edilməsini də müəyyən edə biləcək. 2014 -2019-cu illərdə mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçirildi. Məqsəd, Azərbaycanın pedaqoji heyətində əsl bilikli, peşəkar müəllimlərlə digərlərini saf-çürük etmək idi. 

Diaqnostik qiymətləndirmə birmənalı qarşılanmadı. Az bal toplayanlar bu proseduranın mükəmməl olmamasından şikayətləndilər. Praktika göstərdi ki, heç də bütün yüksək bal toplayanlar real fəaliyyətdə, istehsalat prosesində peşəkar olmur, bəzi hallarda sinfi - şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar. Bir sözlə, diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi biliklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini yoxlaya bilmədi”.

Kamran Əsədovun fikirincə, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında deyil:

“Attestasiya və sertifikatlaşdırma bir-birindən fərqlənir. Attestasiya zamanı müəllim attestasiyadan keçir, nəticədə o, ya işini ya saxlayır, ya da itirir. Sertifikasiya prosesində müəllim müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir. 

Azra

0