Gəncədə taksi sürücüsü xanım polisi təhqir etdi, həbs olundu

ÖLKƏ
23:12 / 04.05.2023
653

Gəncədə xanım polisin şikayəti əsasında taksi sürücüsü həbs edilib. 

HİT.az-ın məlumatına görə, 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Nəzirməmməd (şərti) taksi sürücüsü kimi şəhərin 3-cü mkr, 16 ünvana bağlama çatdırmaqla bağlı sifariş alıb.

Nəzirməmməd sözügedən ünvana getsə də, sifarişçi Nigar Məmmədova sifariş verdiyi ünvanda olmamasi səbəbindən qəzəbləndirib. Daha sonra Nigar Məmmədova onun bir qədər də irəli gəlməsini tələb edib. 

Nəzirməmməd onun yanına çatdıqdan sonra avtomobildən düşərək qadını çox gözlədiyini bildirib və aralarında mübahisə yaranıb. Nigar Məmmədova sürücüyə qarşısındakı xanımın polis işçisi olduğunu bildirib və onu nəzakətli olmağa çağırıb. 

Daha sonra sürücü daha da aqresivləşərək qazi olduğunu, "onlar üçün döyüşdüyünü" qeyd edərək onu təhqir edib.

Daha sonra Nigar Məmmədovanın inspektor vəzifəsində işlədiyi polis şöbəsi taksi sürücüsünü saxlayıb. Onun barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib. 

Nəzirməmməd nəhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 14 gün müddətə inzibati həbs edilib.

Əhməd

0