Daha bir imam istefa verdi

ÖLKƏ
17:45 / 05.05.2023
855

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış imam Hacı Adıgözəl Bəşirlinin işdən çıxarılmasını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli şəhəri Cümə məscidinin imamı Bəşirov Adığözəl Cəmil oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub. 

Qeyd edək ki, bu gün Xırdalan cümə məscidinin imamı Azər Sani sonuncu cümə namazını qılıb. O, namazdan sonra elan edib ki, bu gündən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Azər Saninin işdən çıxarılmasını təsdiqləyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.

Azər SaniAzər Sani

1