Cəlilabad sakini qonşusunu daşla vurdu, məhkəmə isə...

ÖLKƏ
19:20 / 05.05.2023
380

Cəlilabadda daşla qonşusunun başına vuran şəxsə hökm oxunub. 

HİT.az-ın məlumatına görə, 1954-cü il təvəllüdlü Şahin (şərti) Cəlilabad şəhərində evinin darvaza qapısının qarşısında qonşusu Zəfərlə (şərti) mübahisə edib.

O, qonşusu Zəfərə əsəbləşərək ondan uzaqlaşmasını istəyib. Bu zaman Şahin yerdən götürdüyü daşla Zəfərin baş nahiyyəsinə zərbə vurub. Nəticədə Zəfərin sol təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə xəstəxanaya aparılıb. 

Qonşular barışdığından məhkəmə Şahini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edib və barəsində olan cinayət təqibinə xitam verib.

Əhməd

0