“Mənə dedi başqasıyla qaçacam...” - Keçmiş arvadını öldürən şəxs

ÖLKƏ
18:25 / 05.05.2023
740

Ötən ilin noyabr ayında Tovuz rayonun Öysüzlü kəndində 3 oktyabr 1985-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Ramilə Rüstəmovanı qətlə yetirən şəxsə hökm oxunub. 

HİT.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 17 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.

Xaliq Rüstəmov məhkəmədə ifadə verərək bildirib ki, R.Rüstəmova ilə 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Bu nigahdan iki övladı anadan olub. 2022-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına gedib, 1 ay sonra anası ona zəng edib Ramilənin onunla boşandığını və atası evinə getdiyini deyib. O, Ramilədən nəyə görə boşandığını soruşanda sonuncu ona anası və bacısı ilə yola getmədiyini və bu səbəbdən boşandığını bildirib. 

Rusiya Federasiyasında olanda iki ay Ramiləyə aliment ödəyib. Qayıtdıqdan sonra bir neçə dəfə Ramiləyə barışmaq təklif etsə də, sonuncu onunla razılaşmayıb. Ramilə atası evinə gedərkən uşaqlarını da özü ilə aparıb. O, rayona qayıtdıqdan sonra oğlu Fərhad öz istəyilə yanına gəlib onunla qalmaq istədiyini deyib, Ramilə isə ondan polisə şikayət edərək guya oğlunu oğurladığını bildirib. Lakin polisdə olanda oğlu onunla yaşamaq istədiyini detib. Ramilə uşaqları ilə birlikdə nənəsi evində tək yaşayıb və boşandıqdan sonra bazarda satıcı işləyib. O, nəyə görə Ramilənin evlərinə getməsi ilə maraqlananda anası ona əvvəlcə bu barədə demək istəməsə də, sonradan arvadının başqa oğlanlarla danışığını gördüyünü bildirib. 

O, bu barədə Ramilədən maraqlananda sonuncu ona “nə edirəmsə, yaxşı edirəm" deyib. Daha sonra o, Ramiləni izləməyə başlayıb, sonuncunun iş yerinə - “Nəsimi” Ticarət Mərkəzinə gedib, orada yanında birlikdə işlədiyi satıcı oğlanla deyib-güldüyünü görüb. Onların belə yaxın münasibətdə olmasından şübhələnib. 

Xalid Ramilə ilə barışmaq üçün “Go” adlı energetik içkisi içib, evinə gedib. Onu qətlə yetirdiyi gün saat 21:30 radələrində Ramilənin yaşadığı evin qarşısına çatanda darvazanın qapısının arxasının qıfılla bağlı olduğunu və evin həyətinin işığının yanmadığını görüb. Həmin vaxtı şübhələnib və evin darvazasının yanından həyətə tullanıb. O, evin qapısını açaraq keçmiş həyat yoldaşını onunla birlikdə getməyini istəyib. Ramilə isə onunla getməyəcəyini və sevdiyi oğlana qoşulub qaçacağını deyib. Keçmiş ərinə evdən getməyəcəyi halda polisə məlumat verəcəyini bildirib. 

O da keçmiş arvadının bu hərəkətlərindən acıqlanıb, üzərində olan bıçaqla övladının gözü qarşısında Ramilənin baş nahiyəsinə iki zərbə vurub və bıçaq sonuncunun kəllə sümüyünə batıb. Sonra da kürək və boyun nahiyəsinə, döş qəfəsinə, eləcədə bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. 

Ramilə həmin vaxt ona yenidən qızı Mələyi də götürüb, oğlana qoşulub qaçacağını deyib. O isə Ramiləyə qızı Mələyi aparmayacağını bildirib. Daha da əsəbiləşərək əlindəki bıçaqla Ramilənin boğazını kəsərək öldürüb.

Mərhumun anası məhkəmədə ifadə verərək Xaliqin ifadəsinin yalan olduğunu deyərək bildirib ki, Ramiləni ondan boşandığına və sonradan onunla barışmadığına görə öldürüb.

Aydın

0