FHN-nin 111 minlik bərpa işləri - Qurumun tenderlərində qalib gələn “Tərəqqi-Ş” kimindir?

ÖLKƏ
20:28 / 08.05.2023
614

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsində 1 ədəd 3 otaqlı, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərində bərpa işləri həyata keçirəcək.

HİT.az xəbər verir ki, qurum bununla bağlı tender keçirib. Tenderin qalibi “Tərəqqi-Ş” MMC olub. Bərpa işlərinə 111.665,75 AZN xərclənəcək. 

“Tərəqqi-Ş” MMC 29 oktyabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan isə aydın olur ki, “Tərəqqi-Ş” MMC əsasən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyətinin keçirdiyi tenderlərin qalibi olur. 

Ötən ilə qurumla şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Bunlardan biri Lerik rayonunda bir 3 otaqlı yaşayış evinin tikintisi, digəri isə Şamaxı rayonunda dörd  fərdi yaşayış evinin bərpası ilə bağlı olub. Birinci müqavilənin maliyyə dəyəri 75.040,65 AZN, ikinci müqavilənin maliyyə dəyəri isə 93.893,46 AZN-dir.

Nə sirrdirsə, “Tərəqqi-Ş” MMC-nin qalib gəldiyi tenderlərdə evlərin bərpası tikintisindən baha başa gəlir. 

Anar

0