Bakıda binanı liftsiz qoyan şəxs həbs edildi

ÖLKƏ
21:55 / 08.05.2023
655

Xətai rayonu, Telnov 7 ünvanında yerləşən binada liftlərdən oğurluq edən şəxs həbs olunub. 

HİT.az-ın məlumatına görə, 1984-cü ildə Abşeron rayonunda anadan olmuş Şirəli (şərti) sözügedən ünvanda müxtəlif vaxtlarında binaya məxsus liftlərdən ümumi dəyəri 350 manat olan alüminium haşiyələri oğurlayıb satıb. 

Nəticədə liftlərdə ciddi texniki nasazlıq yaranıb və sakinlərin şikayəti əsasında Şirəli saxlanılıb. 

Məhkəmənin qərarı ilə Şirəli İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və barəsində 1 ay müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Aydın

0