Peyvəndlənmə nə üçün dayanmayıb? - AÇIQLAMA

ÖLKƏ
15:52 / 10.05.2023
511

Koronavirus pandemiyası rəsmən başa çatdı.

Bu, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən elan olundu. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus dünyada COVID-19 pandemiyasının bitdiyini açıqladı.

Amma buna rəğmən, hələ də ölkəmizdəki karantin müddəti ləğv olunmayıb. Həmçinin, hər gün vaksin vurulmağa davam edir.

Maraqlıdır, nə üçün dünyada pandemiya bitdiyi üçün Azərbaycanda hələ də vaksin vurulmağa davam edir?  Niyə karantin müddəti ləğv edilmir?

Məsələ ilə bağlı HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu sadəcə tövsiyə edib:

"Yəni ölkələrə xüsusi karantin rejimindən çıxaraq koronavirusu idarə olunan mövsümi infeksiyalar qrupuna daxil edə bilərlər. Bizdə isə bu işlərə Operativ Qərargah baxır və onlar da xüsusi karantin rejimini bir müddət əvvəl uzatdılar. Əgər məsləhət olsa, yəqin ki, bundan sonra karantin müddətini uzatmayacaqlar. Məncə, get-gedə vəziyyət normallaşdığı üçün karantin müddətinin növbəti dəfə uzadılmasına ehtiyac olmayacaq".

İnfeksionist əlavə edib təhlükə davam edir:

"Ümumdünya Səhiyyə Təşkilatı onu da deyib ki, koronavirus hələ də qlobal sağlımlıq təhlükəsi olaraq qalır. Hələ də Çin, Yaponiya, Tayvan kimi bəzi ölkələrdə yoluxma sayı çoxdur. Yənin bunun da dünyaya müəyyən təsiri ola bilər. Düşünürəm ki, bununla bağlı problem yoxdur və artıq kollektiv immunitet formalaşıb".

Həkim hələ də risk qrupuna daxil olan şəxslərin olduğunu diqqətə çatdırıb:

"Hələ də yaşlı şəxslər risk qrupuna daxildir. Bu xəstəlik onlar üçün hələ də təhlükəli ola bilir. Buna görə də risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsinə ehtiyac var. Ona görə də peyvənd vurulur. Bununla yanaşı, immuniteti zəif olan istənilən şəxs COVID-19 əleyhinə peyvənd vurdura bilər".

Pərviz

0