30 min ədəd kələm şitili oğurladı, 2 il elektron qolbaq gəzdirəcək

ÖLKƏ
19:23 / 10.05.2023
433

Bakıda 30000 ədəd kələm şitilini gizli şəkildə satıb, pulunu mənimsəyən fəhləyə hökm oxunub. 

HİT.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü Astara rayon sakini Əli Türkan qəsəbəsində Xaləddin adlı şəxsin istixanasında oğurluq edib. 

Belə ki, Xallədin əkmək üçün ümumi dəyəri 3000 manat olan 30000 ədəd kələm şitili alıb, istixananın ərazisinə yığdırıb. Əli fəhlə işlədiyi istixanaya məxsus şitilləri oğurlayaraq satıb.

Xaləddin 13 noyabr 2022-ci il tarixdə əkinlə bağlı istixanaya gələrkən şitillərin yerində olmadığını görüb. Bu barədə işçilərdən soruşub, lakin ona bir müsbət cavab deyən olmayıb. Sonra isə bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat verib. 

Polisin apardığı araşdırma nəticəsində oğurluğun Əli tərəfindən törədildiyi aşkarlanıb, onun barəsində protokol yazılaraq məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Əli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. 

Təqsirləndirilən şəxs qarşısına yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.

Aydın

0