Ana xəstə, ata travmalı - 2 yaşlı uşaq ortada qalıb

ÖLKƏ
12:04 / 11.05.2023
645

Bakıda nənə 2 yaşlı nəvəsinə baxa bilmədiyi üçün sığınacağa vermək istəyir.

Bu barədə HİT.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, uşağın anası ruhi və onkoloji xəstədir:

“Ataları da travma alıb, heç davranışlarını bilmir. Ata özünü idarə edə bilmədiyindən nənə ortalıqda qalıb. Nənyə bildirdik ki, bu məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməlisiniz”.

Azra

0