Dərslər sentyabrın 1-də başlamalıdır? - Ekspert

ÖLKƏ
14:23 / 17.05.2023
325

“Hesab edirəm ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğun olardı”.

Bunu HİT.az-açıqlamasında təhsil eksperti Kamran Əsədov yeni dərs ilinin sentyabrın 1-də başlamasına münasibət bildirərkən deyib. O dryib ki, iyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub:

“Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur”.

Ekspert dərslərin vaxtını 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edir:

“Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm”.

Azra

0