Bakıda fizioterapevt Vüsalə xanımları fahişəliyə necə cəlb edib?

ÖLKƏ
19:52 / 17.05.2023
1894

Bakıda Vüsalə adlı fizioterapevt həkim qadınları fahişəliyə cəlb etdiyi üçün saxlanılıb.

HİT.az-ın məlumatına görə, saxlanılan Vüsalə adlı qadın məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmək təqsirli bilinib və ona 2500 manat miqdarında cərimə cəzası təyin edilib. 

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, əvvəllər fizioterapevt olaraq müxtəlif klinikalarda çalışıb, həmçinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində özünə məxsus “Vuska shopping” geyim mağazası da olub. 

O, Pərvanə, Nigar və Aysel adlı qadınları fahişəliyə cəlb etməkdə ittiham edildiyi üçün saxlanılıb. Hər 3 qadın məhkəmədə ifadəsində bildirib ki, fizioterapevt Vüsalə onları 200-400 manat miqdarında pul qarşılığında fahişəliyə cəlb edib. Onlar əksər hallarda Vüsalənin kirayə yaşadığı “Koroğlu” parkının yaxınlığındakı mənzildə fahişəliyə cəlb ediliblər.

Pərvanə “Vuska shopping” mağazasında, Nigar dırnaq ustası kimi işlədiyi “Glam Style” gözəllik salonunda, Aysel “Whatsapp” proqramı vasitəsilə ilə Vüsalə ilə tanış olublar.

Vüsalə ilkin izahatında hər üç xanımı fahişəliyə cəlb etməsini təsdiqləsə də, məhkəmədə ifadəsində ilkin izahatını təkzib edərək, nə qeyd etdiyini xatırlamadığını bildirib. O, özünü irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. 

Hər üç xanımın təqsirləndirilən şəxs ilə barışdığından məhkəmə Vüsalə barəsində cərimə cəzası təyin edib.

Aydın

0