Azərbaycanda qadınların sayı kişilərdən çoxdur? - Ekspert rəqəmlərə inanmır

ÖLKƏ
11:45 / 18.05.2023
496

“Bu statistika reallığı deyil, sənədləri əks etdirir”.

Bunu HİT.az-a açıqlamasında sosiloq Əhməd Qəşəmoğlu qadınların sayının kişilərdən çox olması ilə bağlı statistikadan danışarkən deyib. O, Azərbaycan kişilərinin əksəriyyətinin xarici ölkədə yaşadığını vurğulayıb:

“Onlar əsasən qazanc üçün Rusiyada, Türkiyədə və başqa ölkələrə gediblər. Başqa ölkəyə üz tutan kişilər əksəriyyəti qeydiyyatdan çıxsa da, bəziləri Azərbaycanda qeydiyyatda qalmaqdadır”.

Qeyd edək ki, Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. Aprel ayının 1-nə olan məlumata görə qadınların sayı kişilərdən çoxdur. Belə ki, kişilər- 49,8 faiz, qadınlar- 50, 2 faiz təşkil edir.

Azra

0