Marketdə siqaret tapmadı, adam bıçaqladı

ÖLKƏ
22:19 / 19.05.2023
523

Qaradağ rayonu Qobu Park 2 yaşayış kompleksi 24-cü binanın həyətində, “Amin” marketdə siqaret olmadığından adam bıçaqlayan şəxsə hökm oxunub.

Hit.az-ın məlumatına görə, cinayəti törədən 1974-cü ildə Ağdam rayonunda doğulmuş Sadiq adlı şəxsdir.

Sadiq marketdə “West” markalı siqaret olmadığından söyüş söyüb və ucadan qışqırmağa başlayıb. Marketin yaxınlığında bərbər işləyən Aydın (şərti) adlı şəxs ona qadınların olduğunu və söyüş söyməməyi tövsiyə edib.

O isə Aydının iradını təhqir kimi anlayaraq onunla mübahisə edib. Daha sonra üzərində olan bıçaqla bərbərin sağ əlindən vuraraq ona xəsarət yetirib.

Məhkəmənin qərarı ilə Sadiq Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Aydın

0