Ananı bıçaqlayıb, 14 yaşlı qızını öldürdü - Məhkəmə

ÖLKƏ
21:28 / 19.05.2023
463

Bakıda ananı bıçaqlayıb, 14 yaşlı qızını öldürən şəxsin istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə təqsirləndirilən Babayev Zaur Adil oğlunun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, bu ilin fevralın 2-si saat 01.00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova bıçaqlanıb. 

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

0